Rəsmi olaraq bu ilin 6 ayı ərzində Azərbaycanda “860” ədəd Gender əsaslı zorakılıqla bağlı məlumat qeydə alınıb, media monitorinqinə görə isə 48 qadın öldürülüb, 33 qadın ağır xəsarət alıb, 35 qadın intihar edib. (Mənbə) Mən son 1 ay (iyul 2022) ərzində media monitorinqi nəticəsində əldə etdiyim qadın cinayətlərini nəzərinizə çatdırıram:

1 İyul - İyun ayının 28-də Bakıda intihar edən ginekoloq Xalidə Kəngərli ilə bağlı yeni detallar məlum olub. Qardaşı bildirib ki, əri mütəmadi şəkildə Xalidəni döyüb.

2 İyul - Sumqayıtda həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün dörd uşağı ilə birgə parkda gecələməli olub.

3 İyul - Xətai rayonunda qadının biri sərxoş olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb.

4 İyul - Qaradağ rayonunda kişi həyat yoldaşını, öz əmisi qızını döyüb evdən qovub.

5 İyul - Şəkidə 21 yaşlı qız 12 yaşından bəri təcavüzə məruz qaldığını deyir. O, hal-hazırda hamilədir. Polis cinayətkarı 1-2 gün həbs edib, sonra azadlığa buraxıb.

6 İyul - Bakının Nizami rayonu, Qara Qarayev metrosu yaxınlığında Pərvin Ağayev 23 həftəlik hamilə arvadı Şəbnəm İsmayılovanı bıçaqlayıb.

7 İyul - Toydan çıxıb içkili vəziyyətdə mağazaya gələn Yardımlı sakini Firqət Məstiyev Ostayır kənd sakini Gülxar Məmmədovadan nisyə siqarət istəyib. Nisyə mal satılmadığını eşidən zaman isə qəzəblənərək G.Məmmədovanın başına və sonra bədəninə balta ilə zərbələr endirərək öldürüb.

8 İyul - Məhkəmə işi: Bakıda arvadını öldürüb, qayınanası və qaynını öldürməyə cəhddə təqsirləndirilən Bəxtiyar Məmmədov qızını oğurluğa məcbur edibmiş.

9 iyul - Ağdamın Çəmənli kəndində 2000-ci il təvəllüdlü Eltun Kərimov qısqanclıq zəminində Ağdam Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü Elnurə Kərimovanı bıçaqlayıb.

10 İyul - Masallının Ərəb kəndində 60 yaşlı Hacıyev Niftulla tərəfindən 12 yaşlı qız 2 dəfə təcavüzə məruz qalıb.

12 İyul - Bakının Nizami rayonunda enerji içkisindən sərxoş olan şəxs arvadını döyüb.

13 İyul - Tovuz sakini, 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın başını kəsərək öldürüb.

14 İyul - Tərtər-Şıxarx yolunun kənarında 1996-cı il təvəllüdlü Aqil Mustafayev öz bacısı 1982-ci il təvəllüdlü Leyla Mustafayevanı bıçaqla xəsarətlər yetirərək öldürüb.

15 İyul - Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Arzuman Fazilov keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə öldürüb.

18 İyul - Lerikdə 2 gün öncə iki övladının gözü qarşısında qadın əri tərəfindən 27 bıçaq zərbəsi alaraq qətlə yetirilib.

19 İyul - Məhkəmə işi: Şamaxıda 37 yaşlı Şakir Cəfərov həyat yoldaşı Səkinə Quliyevanı qapını gec açdığına görə döyüb öldürdüyünü deyir. 32 yaşlı Səkinə həm də onun xalası qızı olub.

20 İyul - Bakıda taksi sürücüsü, Tərtər rayon sakini İ.Paşayev avtomobildə qadını döyüb. O, qadını döydükdən sonra onun 150 manat pulunu oğurlayıb.

21 İyul - Ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanan İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Abdullayeva Günel Mirayaz qızı ağır vəziyyətdə Şirvan Xəstəxanasına yerləşdirilib.

22 İyul - Qazax sakini, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov arvadını balta ilə vuraraq öldürüb.

22 İyul - Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsində yaşayan Kübra Əliyeva evdə özünü asaraq, həyatına son qoyub. İddiaya görə Xəzər RPİ-nin polis zabiti Əliyev Həsən Zabit oğlu davamlı şəkildə arvadına zorakılıq edib və qadın özünü asıb.

23 İyul - Cəlilabadın Uzuntəpə kənd sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov qardaşı arvadını və sevgilisini qətlə yetirib.

23 iyul - Şərurda imtahanda az bal topladığı üçün atasının təzyiqinə məruz qalan 17 yaşlı Laçın Rzayeva özünü asaraq intihar edib.

23 iyul - Cinsi zorakılıq qurbanı olan 16 yaşlı qız bir neçə ay əvvəl hamiləliyin son aylarında ağrılarla xəstəxanaya yerləşdirilib. Ağrıları o qədər çox olub ki, özünü xəstəxananın ikinci mərtəbəsindən atıb. Onu ağır xəsarətlərlə əməliyyata qaldırıblar, uşağı xilas etmək mümkün olmayıb.

24 İyul - Dünən gecə Bərdənin Əliyanlı kəndində 1993-cü il təvəllüdlü Abdullayev Şikar ondan boşanmaqş istəyən həyat yoldaşı Kərimova Cəmiləyə fiziki zor tətbiq edərək onu döyüb və daha sonra ona məxsus evi yandırıb.

25 İyul - Ucar rayon sakini Ceyhun Ağayev 16 yaşına çatmayan uşaqla cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə ittiham olunaraq barəsində cinayət işi açılıb.

26 İyul - Qubanın Dağlı kənd sakini Niyaməddin Qədirov həyat yoldaşı Ülviyyə Qədirovanı, qayınanası Zəkiyyə Nuruyevanı, qaynı Elçin Nuruyevi və baldızı Röya Nuruyevanı bıçaqlayıb.

26 İyul - 14 yaşlı bacısını seksual qısnamalara məruz qoyan şəxs barəsində həbs qətimkan tədbiri seçildi.

27 İyul - Balakən şəhərinin mərkəzində 27 yaşlı Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

29 İyul - Şirvan şəhər sakini 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərov həyat yoldaşı 1994-cü il təvəllüdlü Camalə Qənbərovanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. Şəxs daha sonra baldızını bıçaqla yaralayaraq hadisə yerindən qaçıb.

30 İyul - Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerə yüksəlib.

Edit
Pub: 28 Jul 2022 10:35 UTC
Edit: 31 Jul 2022 09:11 UTC
Views: 184