Deməli Sadiq Ərzuman oğlu Məmmədov 25 Yanvar 2017-il tarixində "AVAZ Group" MMC (VÖEN: 1902989141) adlı şirkət yaradır. Sonradan isə şirkətin qanuni təmsilçiliyini dəyişir, sədr olur Qoşqarın öz şirkəti "Medeks"dəki işçisi Mədət Sadıqov. Səbəb isə çox sadədir. Çünki 14 sentyabr 2018 tarixində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tərəfindən Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Sonra nə baş verir? Sadiq Məmmədov öz şirkətinə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına öz şirkəti olan "AVAZ Group" qalib edərək vəsaitlərin qalibi olur. Ümumilikdə 4 milyon yarımdan çox (4510507 manat) tender vəsaitinin qalibi olub.

Fotolar və faktlar

Solda Qoşqar Təhməzli, sağda isə Sadiq Məmmədov
Vergilər qəzetinin 2-ci səhifəsində şirkətin yaradılması haqqında məlumat
Satınalmalar saytında şirkətin qalib olmasına dair fakt
Vergilər saytında "AVAZ Group" şirkəti haqqında hazırki məlumat

Qoşqar Təhməzlinin 2008-2016 illərdə rəsmi, hazırda isə qeyri-rəsmi şirkəti olan "Medeks MMC" də özünün rəhbəri olduğu Qida Təhlükəsizliyi Agentliyinin təşkil etdiyi tenderlərin qalibi olub. Şirkət 2 milyon manatdan çox vəsait əldə edib.

Vergilər nazirliyinin rəsmi məlumatarına istinadən "Medeks MMC" şirkəti haqqında

Satınalmalar saytında şirkətin qalib olmasına dair fakt

Qoşqar Təhməzlinin Azərbaycanda, Gürcüstanda, Rusiyada, Ukraynada və Türkiyədə bir neçə şirkətləri mövcuddur.

Qohumları:

Qardaşı Fərhad İlahi oğlu Təhməzov - MİDA Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin direktoru Fərhad Təhməzov. İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Qardaşı oğlu İsrafil Fərhad oğlu Təhməzli - "İPE GROUP" şirkətinin rəhbəridir.
Qardaşı qızı Fidan Fərhad qızı Təhməzli - Türkiyədə “İlahi İnşaat” şirkətinin rəhbəri.

Qardaşı Ataş İlahi oğlu Təhməzov "BİNƏ" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ sahibidir.
Qardaşı oğlu Şahbaz Ataş oğlu Təhməzli - Başaran Group şirkətinin sahibidir. O həmçinin "LİDER" MTK şirkətinin rəhbəridir.

Bacısı oğlu Xalid Məhərrəm oğlu Bayramlı - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Aparat rəhbəridir.
Bacısı oğlu Cavid Məhərrəm oğlu Bayramlı - "TES-AZƏRBAYCAN" şirkətinin rəhbəridir.

Ümumilikdə 25 milyondan çox tenderin qalibi olub amma sırf qida təhlükəsizliyi ilə bağlı isə 22 milyon manat qazanıb.

Edit
Pub: 23 May 2022 13:04 UTC
Edit: 20 Jul 2024 20:46 UTC
Views: 363